DİM qəbul
Fizika
Mexanikadan nüvə fizikasına: 6 bölmə, 25 mövzu və real formatda sınaqlar.
Əzbərlədiyin şey imtahandan bir həftə sonra unudulur. Anladığın isə səninlə qalır. Burada hər mövzunu tələsmədən, sən başa düşənə qədər izah edirik.
Kinematika14-cü sual
orta
Cisim üfüqə bucaq altında sürətlə atılır. Cismin qalxdığı maksimal hündürlüyü tapın. ()
Həll
Ətraflı həllİmtahanlar
DİM qəbul
Mexanikadan nüvə fizikasına: 6 bölmə, 25 mövzu və real formatda sınaqlar.
DİM qəbul
Cəbr, həndəsə, funksiyalar və mətnli məsələlər.
DİM qəbul
Ümumi, qeyri-üzvi və üzvi kimya, hesablama məsələləri ilə.
Buraxılış
Azərbaycan dili, riyaziyyat və xarici dil buraxılış imtahanı.
Beynəlxalq imtahanlar
Listening, Reading, Writing və Speaking, hər biri öz yolu ilə.
Beynəlxalq imtahanlar
Math və Reading & Writing, adaptiv formatda məşqlər.
Metod
Saatlarla video və qalın kitablar yoxdur. Hər mövzu qısa, diqqətlə yazılmış mətnlə izah olunur və sən növbəti addıma yalnız əvvəlkini başa düşəndən sonra keçirsən.
1Anla
Qısa və aydın yazılmış dərs: əsas fikir, düstur və həll olunmuş nümunə. 5–7 dəqiqəyə oxunur. Düsturun haradan gəldiyini anlayırsan, əzbərləməyə ehtiyac qalmır.
2Məşq et
Asandan çətinə doğru testlər. Səhv etdin? Həll dərhal açılır və səhvin harada olduğunu göstərir.
3Yoxla
Real imtahan formatında sınaq: vaxt limiti, cavab vərəqi, açıq suallar. İmtahan günü heç nə təəccüblü olmayacaq.
Hazırlıq yolu
Hər fənnin öz hazırlıq yolu var: mövzular ardıcıl düzülüb, bitirdiklərin işarələnir. Açan kimi qaldığın yeri görürsən və oradan davam edirsən.
DİM qəbul
Fizika
Bölmə sınağı
20 sual, 30 dəqiqə
Bölmə sınağı
20 sual, 30 dəqiqə
İnteraktiv
Fizika yolundan bir nümunə: mövzuların içində belə kiçik laboratoriyalar var. Bucağı və sürəti dəyiş, cismi at, və düsturun sənə nə dediyini öz gözünlə gör.
55° və 35° eyni məsafəni verir. Yoxla.
Sınaqlar
Nümunə hesabat
Fizika, 4-cü sınaq
78/100
Ölkə üzrə: ilk 12%
Elektromaqnit induksiyası
3 səhv. 11 dəqiqəlik dərs və 8 məşq hazırdır.
Haqqımızda
Bir gün özümə fizika kitabı aldım. Məqsədim sadə idi: dərs demək, fizikanı özüm necə sevirəmsə, başqalarına da elə sevdirmək. Amma tələbə tapmaq alınmadı.
Həvəsim isə getmədi. Onu buraya, ilimliyə çevirdim. Hər dərsi elə yazıram ki, özüm məktəbdə oxuyanda belə izah olunmasını istərdim: əzbər yox, məntiq; qarışıq cədvəllər yox, aydın addımlar.
Məqsəd budur: harada yaşamasından və ailəsinin büdcəsindən asılı olmayaraq, hər şagird yaxşı müəllimə çata bilsin.
— ilimlinin qurucusu
Qiymət
Pulsuz
0həmişəlik
Başlamaq üçün
Aylıq
24AZN / ay
İstənilən vaxt dayandır
Tədris ili
Ən sərfəli179AZN / il
Ayda təxminən 18 AZN
Suallar
DİM qəbul, buraxılış, IELTS və ya SAT imtahanına hazırlaşan hər kəs üçün. Valideynlər də övladının irəliləyişini izləyə bilər.
İlk yol fizikadır (DİM qəbul). Sonra riyaziyyat və kimya, buraxılış imtahanı, daha sonra IELTS və SAT gələcək.
Bəli. Hər imtahan ayrıca yoldur və başladığın bütün yollar "Öyrənmələrim" səhifəndə yan-yana görünür.
Çoxları üçün bəli, çünki dərs, məşq və sınaq bir yerdədir. Repetitorla oxuyursansa, əlavə məşq və sınaq üçün yaxşı tamamlayıcıdır.
Bəli. Platforma əvvəlcə telefon üçün düşünülüb: dərsi avtobusda izləyə, testi yolda həll edə bilərsən.
Bank kartı ilə. Aylıq planı istənilən vaxt dayandırmaq olar, heç bir gizli ödəniş yoxdur.
Əvvəlcə Azərbaycan bölməsi ilə başlayırıq. Rus bölməsi planlarımızdadır.
Əlaqə
Platforma, qiymətlər və ya əməkdaşlıq haqqında soruşmaq istədiyin nə varsa, buradan yaz. Cavabı yazdığın telefona və ya e-poçta göndərəcəyik.
Erkən giriş
Siyahıya yazılanlar platformanı hamıdan əvvəl görəcək. İlk dərslər hazır olan kimi sənə yazacağıq, bir dəfə.